İlin əvvəlindən ölkə əhalisinin sayı 37766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10218536 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Qeyd edilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.