Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

17 Dekabr 2024 13:39 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar Davranışlarının Tənzimlənməsi Departamentinə yeni direktor təyin edilib. SİA-nın məlumatına görə, bu vəzifəyə Tamerlan Əliyev gətirilib.

O, son 5 ildə AMB-də müxtəlif vəzifələrdə çalışıb, bundan əvvəl isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında baş hüquqşünas kimi fəaliyyət göstərib.