Bugünkü hərracda tələb 73,6 milyon dollar olub

17 Dekabr 2024 13:27 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. AMB-dan SİA-ya bildirilib ki, hərracda tələb 73,6 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.