"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idman sahəsi yüksək səviyyədə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında əməkdar məşqçi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Fuad Zeynalov deyib.
Onun sözlərinə görə, bu inkişaf həmişə də davam edəcək: "Çünki ölkəmizdə cənab Prezident tərəfindən idmana böyük diqqət və qayğı var. Bunun sayəsində də Azərbaycan idmançıları bütün dünyada üçrəngli bayrağımızı yüksəldir, himnimizi səsləndirir.
Burada bütün idman növlərini misal çəkmək olar. Kikboksinq idman növünü də misal göstərmək olar. İstər həvəskar, istərsə də peşəkar yarışlarda komandalarımız çox güclüdür. Biz bununla daim fəxr edirik. Azərbaycanın adı hər yerdə yüksəkdədir. Bunun üçün Prezidentimizə minnətdarıq".
Fuad Zeynalov sözlərinə belə davam edib: "Azərbaycanda idmana olan qayğının başlıca göstəricisi beynəlxalq yarışların bir çoxunun ölkəmizdə təşkil olunması ilə bağlıdır. Bu yarışlar Azərbaycanda yüksək səviyyədə keçirilir. Burada bir çox idman növləri ilə bağlı keçirilən yarışları sadalamaq olar. Bütün dünya görür ki, Azərbaycanda idmana böyük diqqət var və idman təşkilatçılığı peşəkar səviyyədədir".
Ayşən Vəli