Bu ilin 11 ayı ərzində Azərbaycanda əhalinin 52 %-i icbari tibbi sığortadan yararlanıb. SİA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, həmin müddətdə dövlət tibb müəssisələrində icbari tibbi sığorta hesabına 352 985 əməliyyat və prosedurlar icra olunub.