"Azəriqaz" rəhbərliyi Gəncədə vətəndaşları qəbul edəcək

17 Dekabr 2024 10:55 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Gəncə şəhərində vətəndaş qəbulu keçiriləcək. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, dekabrın 19-da saat 12:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional qaz istismarı İdarəsinə (tel: 050-845-77-79; 055-224-90-66) müraciət edə bilərlər.