Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalır

17 Dekabr 2024 09:51 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,12% azalaraq 2 666,8 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,47% azalaraq 30,91 ABŞ dollarına bərabər olub.