“Brent” neftinin qiyməti 74 dollardan aşağı enib

17 Dekabr 2024 09:49 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 73,86 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,71% azalaraq 1 barelə görə 70,21 ABŞ dolları olub.