Bakıda yol-nəqliyyat hadisəsi olub

17 Dekabr 2024 09:04 (UTC+04:00)

Bakının Xətai rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. SİA-nın məlumatına görə, 2009-cu il təvəllüdlü Nəzərli Fidan Zaur qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.