Türkiyəli repçi həbs edildi

17 Dekabr 2024 08:41 (UTC+04:00)

"Sansar Salvo” ləqəbli rep ifaçısı Ekin Can Arslan həbs olunub. SİA xəbər verir ki, repçinin həbs olunmasına səbəb klipində narkotikdən istifadəni təşviq etməsi olub. İstanbulun Ataşehir səmtində tutulan şübhəlinin ünvanında aparılan axtarışlar zamanı narkotik maddələr ələ keçirilib. Məhkəmə 10 cinayət qeydi olduğu üzə çıxan Ekin Can Arslanı ictimai təhlükəsizliyi pozmaqda günahlandıraraq həbsini tələb edib.