Suriyanın yeni lideri çağırış etdi

17 Dekabr 2024 06:13 (UTC+04:00)

Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Qərb ölkələrinə müraciət edib. SİA bu barədə “New-York Times”a istinadən xəbər verir.

“Ölkəmizdən bütün məhdudiyyətlərin götürülməsinə çağırırıq ki, dirçələ bilək. Hazırda ölkəni tərk edən cəllada qarşı sanksiyalar tətbiq edilib. Suriyada bütün sakinlərə xidmət edən ictimai qurumlar yaratmaq prioritet olmalıdır”.

Nəşr yazır ki, jurnalistlərə görüşdə, o, hərbi forma deyil, boz kostyum və mavi köynək geyinib. İçəriyə mobil telefonlar və səsyazma cihazları buraxılmayıb.

Əl-Şaraa geyimindəki dəyişikliyi ilə bağlı suala belə cavab verib: “Döyüş olduğu üçün biz hərbi geyimdə idik. Mülki görüşlərimiz olanda mülki geyim geyinirik”.