Ailənin 4 üzvü sifariş verdikləri yeməyi yeyib, zəhərləniblər....

17 Dekabr 2024 01:08 (UTC+04:00)

...Ötən bazar günü Lipetskdə qorxulu hadisə baş verib. Aralarında 10 aylıq körpə də daxil olmaqla 4 nəfərlik ailə evə sifariş verdikləri yeməyi yedikdən sonra xəstəxanaya yerləşdiriliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 17 yaşlı qız və onun kiçik qardaşı da daxil olmaqla iki qadın yerli restorandan rulon və pizza sifariş veriblər.

Yeməkdən sonra axşam radələrində onların hamısı səhhətlərinin kəskin şəkildə pisləşdiyini hiss ediblər.

Dərhal təcili yardım çağırılıb.

Zəngə cavab verən həkimlər böyüklərin və yeniyetmənin vəziyyətini orta ağır qiymətləndirib, körpəyə isə yüngül zəhərlənmə diaqnozu qoyulub.

Hər dörd nəfər rayon yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib.

Bu hadisədən sonra regional Rospotrebnadzor yeməyin sifariş edildiyi müəssisəni yoxlamağa başlayıb.

Yeri gəlmişkən, bundan bir qədər əvvəl şavarman yeyən moskvalı da xəstəxanaya yerləşdirilib.

Nazlı Almuradova