ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Cozef Bayden administrasiyasının Rusiyaya zərbə endirmək qərarını səhv və axmaqlıq adlandırıb. ...Düşünürəm ki, bu, pis fikir idi və bir çox mənfi nəticələrə səbəb oldu. Bu axmaqlıq idi, xüsusən də vəzifəyə başlamazdan bir neçə həftə əvvəl...
SİA-nın məlumatına görə, TASS onun sözlərini sitat gətirir.
Onun fikrincə, bu cür hücumlar münaqişənin daha da genişlənməsinə səbəb olacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Amerikanın seçilmiş lideri Donald Trampın Rusiyanın dərinliklərinə zərbələr endirmək barədə bəyanatı Moskvanın mövqeyi ilə üst-üstə düşür.
Əli Babayev