Qazax 2026-cı il üçün “İdman Paytaxtı” seçilib

16 Dekabr 2024 21:08 (UTC+04:00)

Dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Qazax 2026-cı il üçün “İdman Paytaxtı” seçilib.

Bundan başqa, Goranboy 2026-cı, İsmayıllı isə 2027-ci il üçün “Gənclər Paytaxtı” seçiliblər.