Erməni elə hər yerdə ermənidir...

16 Dekabr 2024 20:56 (UTC+04:00)

Məhkəmə dekabrın 14-də Dneprdə terror aktı törətməkdə şübhəli bilinən erməniəsilli Dnepropetrovsk vilayətinin sakini Ruben Voskanyan barəsində zaminə buraxılmaq hüququ olmadan 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kommunikasiya Departamenti məlumat yayıb.

“Təqsirləndirilən şəxs Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (terror aktı) şübhəli şəxs kimi təqdim edilib. Saxlanılan şəxsi ömürlük həbs cəzası gözləyir. Bu gün məhkəmənin qərarı ilə onun barəsində 60 gün müddətinə zaminlik hüququ olmadan həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda deyilir.

Polis xatırladıb ki, dekabrın 14-də saat 14:45-də Dnepr şəhərinin mərkəzi rayonunda inzibati binalardan birinin yaxınlığında partlayış baş verib, nəticədə bir nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla daha dörd nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, zərərçəkənlər hazırda xəstəxanadadır və vəziyyətləri ağır olaraq qalır.