Gürcü kilsəsi tərəfindən Qərbyönümlü radikallar yenidən qınanılmaqdadırlar. Əslində, belə də olmalıdır, çünki Qərbin nəyə nail olmaq istədiyi bəllidir. Bəlli olan odur ki, Qərb heç də gürcülərin milli maraqlarını nəzərə almır, əksinə, öz maraqları ön plandadır deyə Gürcüstanı uçuruma doğru aparmaq niyyətində israrlıdır. Buna görə təkcə kilsə deyil, bütövlükdə Gürcüstan ictimaiyyəti Qərbin oyunlarına qarşı çıxmalıdır və Qərbyönümlü müxalifətin, özü də zombiləşmiş müxalifətin maqiyaya, sehrbazlığa bənzər təsirlərin əsiri olmasına son qoymalıdır.
Hərbiləşdirilmiş, zombiləşdirilmiş qruplar tərəfindən birbaşa dövlətə “meydan oxumaq” dövlət çevrilişi ehtimalı deməkdir
Doğrudur, hüquq-mühafizə orqanları Tbilisidə inzibati binaları uğurla qorumağa və qadağan olunmuş “toplantıları”, yəni, nümayişləri, etirazları effektiv şəkildə dağıtmağa davam edirlər. Ümumiyyətlə, belə də zənn edilir ki, elə bil vəziyyət bir növ, nəzarət altındadır. Amma buna baxmayaraq, Gürcüstanda dövlət çevrilişi ehtimalı hələ də mövcuddur deyə bir qənaətdəyik. Ona görə belə bir qənaətdəyik ki, qondarma “dinc etirazçılar” nəinki üsyanı davam etdirirlər, həm də artıq, terror yolunu da tuturlar. İndi onların adını daha bundan sonra “dinc” qoymaq da qətiyyən mümkün deyil, çünki bütövlükdə bütün Gürcüstanın dincliyini pozmaqdadırlar. Etirazlar dağıdıcı xarakter alırsa, Qərb bunun adını “dinc etirazlar” qoymaqda belə həyasızlıq edir və onların, həmin o həyasızlıq edən “sehrbazların” da təsiri altında olan, zombiləşmişlər də reallığın nədən ibarət olduğunun qətiyyən fərqində belə deyillər. Fərqində belə deyillər ki, sanki bir maqiya ilə bir çoxları əməlli-başlı çaşdırılıblar və gözləri də elə bağlanılıb ki, reallıqları da görə bilmirlər.
Diqqətə çatdıraq ki, Qərbin “oyuncaqları” əvvəllər polisə “Molotov kokteyli” ataraq “atəşfəşanlıq” edirdilərsə, indi artıq açıq şəkildə idmançılardan və xırda cinayətkarlardan ibarət öz dəstələrini yaradaraq, fəxrlə “özünümüdafiə dəstələri” də adlandırırlar. Bundan da nə özləri, nə də “ağaları” qətiyyən utanmırlar. Sözsüz ki, bu, prosesin nədən xəbər verdiyini bilmək, mümkün hadisələri öncədən proqnozlaşdırmaq üçün əsas verir və yetərlidir də. Çünki hər şey Avromaydanın timsalında və bənzərində, özü də eyni şəkildə edilir. Hətta zorakılığın dərəcəsi 11 il əvvəl Kiyevlə müqayisədə çox daha sürətlə artır. İğtişaşçılar “küçələrdə patrul edəcəklərini” və “mitinq iştirakçılarını qoruyacaqlarını” artıq çoxdan elan ediblər ki, bu da qeyri-qanuni hərbiləşdirilmiş qruplar tərəfindən birbaşa dövlətə “meydan oxumaq” deməkdir. Əlbəttə ki, bütün bunlar istənilən ölkənin qanunları ilə ziddiyyət təşkil edir və ciddi şəkildə cəzalandırılma da tələb edir. İstənilən halda, zombiləşmiş şəkildə hansısa qüvvələrin əlində alət olmaq qəbuledilən deyil və hansı maqiya, hansı sehrbazlıq tətbiq edilməsindən asılı olmayaraq, dövlətin qanunları, milli maraqlar gözlənilməlidir.
Ukraynalıların faciəsindən dərs alan kimi görünmürlər və Ukrayna ilə əlaqədar baş verənlər qətiyyən onlara təsirli olmayıbmış
Qondarma “özünümüdafiəçilər” sadəlövhcəsinə güman edirlər ki, guya tezliklə Gürcüstanı idarə edəcək ən güclü “canavar” hesab olunmaqdadırlar. Ən azından öz ağalarının gözündə məhz belə göründükləri qənaətindədirlər. Əslində isə, onlar canavar deyil, bir “qoyun” kimi görünürlər, çünki başa da düşə bilmirlər ki, gürcü “Maydanı” qalib gəlsə, onları çox acınacaqlı aqibət gözləyir. Başa da düşə bilmirlər ki, indi “lider” saydıqları şəxsən onları zorla Rusiya ilə müharibənin “ət kombinatına” qovacaqlar. “Yüz nəsihətdən bir müsibət daha təsirlidir”, zərb məsəlində deyildiyi kimi, deyəsən, başlarına həmin müsibət gəlməyincəyə qədər, ukraynalıların faciəsindən dərs alan deyillər və Ukrayna ilə əlaqədar baş verənlər qətiyyən onlara təsirli olmayıbmış. İndi iki ayağını bir başmağa dirəyənlər ən azından nəsihət alan kimi deyil, müsibət axtaran kimi görünürlər.
Güman edilirdi ki, Qərbin oyuncaqları üçün ukraynalı “qardaşları” əsl “nümunə”, yaxud da əsl “təcrübə” olaraq qəbul olunar, amma çox təəssüf, belə olmadı. Bəli, məhz ukraynalı qardaşları da özlərini özünəməxsus şəkildə avromaydanın “yarış atları” hesab edirdilər və onlar da nəinki ölkəni, hətta demək olar ki, bütün dünyanı idarə edəcəklərini düşünürdülər. Məntiqi nəticə isə tamamilə fərqlidir və görürük ki, ukraynalı “özünümüdafiə döyüşçülərinin” çoxu artıq həyatlarını itiriblər. Zorla “səfərbər edilənlər”, məhz Donbasda “ət qalası” kimi yerləşdirilənlər çoxdan ölüblər və sağ qalanlar isə hələ də gizlənirlər, hansıki onların yerini heç hərbi komissarlar da bilmirlər. Görəsən Qərbin məhz Gürcüstandakı “oyuncaqları” harada gizlənəcəklərini düşünürlər? Bəlkə də elə zənn edirlər ki, onları oyuna salan həmin o Qərb sehrbazlarının məhz “sehrli papalarının” altında gizlənəcəklər və axmaqcasına elə düşünürlər ki, bu maqiya da onları guya gözəgörünməz edərək fəlakətlərdən qoruyacaq. Amma başa düşə, dərk edə və görə də bilmirlər ki, bütün o sadalananlar və onların köməyi ilə də qorunmaq mümkün olsaydı ukraynalılar “faydalana” bilərdilər.
Söhbət təkcə Gürcüstandan getmir və məsələnin kökündə ümumiyyətlə, Cənubi Qafqaz, regionun özü durur
Bəli, elə də böyük dövlət olmamasına baxmayaraq, Gürcüstan bir Cənubi Qafqaz ölkəsi kimi məhz Qərb üçün strateji əhəmiyyət kəsb edir. Elə buna görə də Qərb liderlərinin həyasızcasına və açıq şəkildə dediyi kimi, Gürcüstanı onlar belə asanlıqla buraxmaq fikrində deyillər. Qeyd olunduğu kimi, söhbət təkcə Gürcüstandan getmir və məsələnin kökündə ümumiyyətlə, regionun özü durur. Qərb üçün bütövlükdə Cənubi Qafqaz çox böyük maraq kəsb edir. İndi artıq Cənubi Qafqaza “burun soxmaq” üçün münasib vaxtın gəldiyi qənaətində olanlar özlərini “yuyulmamış qaşıq” kimi ortaya atıblar. Elə Gürcüstanı belə asanlıqla əldən verməmək niyyətinin özü də regionu asasnlıqla əldən verməmək deməkdir. Heç zaman Cənubi Qafqaza “yaxın” düşə bilməyənlər indi münbit şəraitin olduğunu zənn etdikləri üçün beləcə canfəşanlıq edirlər. Bu “canfəşanlıq” fonunda Gürcüstan müxalifətini də salıblar öz təsirləri altına, marionetdən də daha təsirli olan zombi halında idarə edirlər və elə bil sehrbazlıqla, maqiya ilə ələ alıblar.
Bəd niyyətlərinin baş tutmamasını ictimai və beynəlxalq inamın sarsıdılması kimi qələmə verməyə çalışmaq da zombiləşdirmə siyasətidir
Xatırladaq ki, rəsmi Tbilisinin müstəqil davranışı, iradə nümayiş etdirməsi hətta ABŞ Dövlət Departamentinin rəhbərinin tənqidi bəyanatına da səbəb olub. Məhz 27 oktyabr tarixində Dövlət Departamentinin rəhbəri Blinken, öz “vəkillərinin” uduzduğu ölkədə, yəni Gürcüstanda artıq keçirilən parlament seçkilərinin guya düzgün aparılmadığını deyib. O, həmçinin, hakim partiyanın guya “ictimai resurslardan sui-istifadə etməsindən, səslərin satın alınmasından və seçiciləri qorxutmasından qəzəbləndiyini bildirib. Onun sözlərinə görə, guya sadaladıqları məhz qeyri-bərabər seçkilərə səbəb olub və hətta sən demə, ədalətli nəticənin mümkünlüyünə ictimai və beynəlxalq inamı da sarsıdıbmış... Bir sözlə, keçmiş SSRİ kimi yadda qalan bir ölkənin komsomol iclaslarında səslənən pafoslu fikirlərə bənzər çıxışı öz gülünclüyü ilə diqqəti cəlb edib. Görəsən, ABŞ Dövlət Departamentinin rəhbəri ictimai və beynəlxalq inamı sarsıdır dedikdə nəyi nəzərdə tutur? Bəlkə bunu açıq şəkildə zombi adlandırsa daha düzgün ifadə etmiş olardı? Yaxud, sehrbazlıq, maqiya desəydi bəlkə bir qədər daha münasib olardı? Axı Qərb indi Cənubi Qafqazda özünün zombiləşdirdiyi qrupları “işə salmaq” üçün əldən-ayaqdan gedirsə və buna görə də onların bəd niyyətlərinin baş tutmamasını da ictimai və beynəlxalq inamın sarsıdılması kimi qələmə verməyə çalışırsa, buna elə sehrbazlıq, maqiya deyilməlidir.
Qərbi qıcıqlandıran Gürcüstan rəhbərliyinin illüziyadan, maqiyaya bənzər təsirlərdən qəti şəkildə imtina etməsi və qərbyönlü müxalifəti qınamasıdır
“Fundamental azadlıqlara xələl gətirən qanunvericiliyi ləğv etməyi, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya məqsədlərini, hökumətdən vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına hörmət etməyi Ağ Ev həmçinin Gürcüstandan tələb edir”, deyə bildirilməsi özü də nəinki gürcü müxalifətinə, rəsmi Tbilisiyə belə təsir variantıdır. Hər halda, görünən odur ki, ümumiyyətlə, Vaşinqton öz agentlərinə, daha dəqiq desək, qondarma “vətəndaş cəmiyyətinin üzvlərinə” toxunulmamasını belə Tbilisidən tələb edir, hansıki bu siyasətin özü də bildiyiniz kimi, guya xristianlığa qarşı mübarizəni ehtiva edir. Əslində, bunun özü də insanların şüuruna təsir etmək variantı, illüziya və maqiya kimi təsir bağışlayır. Bununla belə, Qərbi qıcıqlandıran odur ki, Gürcüstan rəhbərliyi bundan, bu illüziyadan, bu maqiyadan qəti şəkildə imtina etdi və qərbyönlü müxalifəti dəfələrlə qınadı.
"Ölkənin gücünü sarsıtmaq istəyirsənsə, onun əsas qurumlarına hücum etmək lazımdır. Bütün bu müddət ərzində radikallar və onların həmfikirləri dövlət qurumlarına, xüsusən də polisə hücum edirlər. İkinci istiqamət kilsədir... Kilsənin ölkədə xüsusi bir nüfuza və etibara malik olması bəzi insanların xoşuna gəlmir, buna görə də onlar bu etimadı bir şəkildə sarsıtmaq istəyirlər və hücumların intensivliyini də artırırlar”, deyə baş nazir Kobaxidzenin bəyan etdikləri də çox şeydən xəbər verir. Xüsusən ondan xəbər verir ki, Qərb kilsədən də “ehtiyyat” edir deyə növbəti hədəf də kilsə seçilib. Elə məhz kilsəyə olan ən xırda hücum cəhdinə görə belə baş nazir tərəfindən həyəcan təbili salınırsa, deməli, indi də kilsə üzərində “sehrbazlıq” ediləcəyindən ehtiyat edilir.
Pravoslav nöqteyi-nəzərindən belə baş verənlər həqiqətən də anti-xristian sehrli ritual və küfr sayılır
Bu günlərdə amerikapərəst, Qərbyönümlü küçə iğtişaşçıları özlərinin antixristian mahiyyətini bir daha sübut etdilər. Onlar Tbilisinin mərkəzində tabutun yandırılması ilə bağlı okkultual ritual həyata keçirdilər ki, bu da asayişi pozmaq, qorxu hissi yaratmaq deməkdir. Ortada olan nəhəng tonqal, alov insanların yanmasına belə səbəb də ola bilərdi, amma bunu nəzərə alan da olmadı. Deməli, Qərbin zombiləşdirmə niyyəti üzə çıxdı. “Dinc nümayişçilər” tərəfindən tabutun içinə hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin fotosunun qoyulması da “yaxşı” qarşılanmadı. Bu ritual Gürcüstan Patriarxlığı tərəfindən açıq şəkildə pislənildi və bununla bağlı rəsmi açıqlama da verildi.
“Bu gün cəmiyyətdə etirazlara paralel olaraq, nifrət belə son həddə çatıb. Prospektdə nümayişçilər xilaskarın təsviri olan bir tabutu belə alət olaraq istifadə edirlər”, deyə bildirilir. Kilsə onu da bildirib ki, bu cür mərasimlər qəsdən təxribat xarakterlidi və etirazçılar arasında olub-olmamasından asılı olmayaraq dindarları incidir, narahat edir. Əlbəttə ki, pravoslav nöqteyi-nəzərindən bu, həqiqətən də anti-xristian sehrli ritual və küfr sayılır, çünki üzərində Məsihin təsviri də var. Diqqətə çatdıraq ki, Gürcüstan Patriarxlığı artıq qərbyönümlülərin fəaliyyətini bundan əvvəl də pisləmişdi. Xüsusən də maraqları naminə uşaqları öz hərəkətlərinə cəlb etməyə, onların təhlükəsizliyinə təhlükə yaratmağa çalışdıqlarına görə pisləmuşdi, çünki bunun nə demək olduğunun fərqindədir. Amma görünür, bütün bunların fərqində olmayanlar var və hələ də zombiləşmiş şəkildə Qərbin oyunlarına alət olmağı məqbul hesab edirlər. Elə bil ki, onlar sehrli bir təsir altına, maqiya təsiri altına düşənlərə bənzəyirlər.
Qərbin zombiləşdirmə siyasəti, sehrbazlıq və maqiya kimi görünür, çünki təsir altına salınanlar alət kimi istifadə edilirlər...
Əslində, istənilən ölkənin hər bir vətəndaşı müxalifətçi olub-olmamasından asılı olmayaraq, ilk növbədə dövlət maraqlarını, milli maraqları qorumalı, vətəndaşlıq məsuliyyətini başa düşməlidir. Belə bir məsuliyyəti nəinki başa düşmədən, heç milli maraqları da görmədən belə oyunlara alət olmaq istəyinin müşahidə edilməsi sanki elə məhz sehbazlığın, maqiyanin təsiri kimi görünür. Əgər belə bir təsir olmasaydı, yəqin ki, Gürcüstandakı müxalifət düşərgəsi özü belə hansısa əməllərdən, xüsusən də, məsələn, meydanda tabut yandıraraq, törətdikləri qorxu hissi doğuran əməllərdən imtina edərdi. Ən azından nümayişlərin, etirazların normal və sivil qaydada təşkil edilməsinin tərəfdarı kimi çıxış edərdi. Amma bunu müşahidə edən yoxdur və belə çıxır ki, Qərb tərəfindən ancaq zombiləşmə siyasəti yürüdülür və müti şəkildə həmin siyasət qəbul olunursa, bu da elə sehrbazlıq və maqiya kimi görünür.
Bir zamanlar qırxılmış başlarına dəvə dərisi keçirərək insanları qızmar günəş altında bir neçə gün saxlamaqla, onları zombiləşdirənlər sehrbaz, əməlləri isə maqiya sayılırdı, çünki onlar həmin zombiləşdirdiklərini istədikləri kimi idarə edə bilirdilər. İstədikləri kimi idarə edə bilirdilər deyə, hətta onlara öz valideynlərini, övladlarını belə öldürmək əmri verdikdə müti şəkildə əmrə müntəzir olurdular və qətiyyən imtina etmirdilər. Belələrini idarə etmək çox asan olurdu və hansı əmrin verilməsindən asılı olmayaraq yerinə yetiriləcəyinə öncədən əminlik var idi deyə, insanlar bu əmələ sehr və küfr kimi baxırdılar. Bir sözlə, həmin dövrdə insanların bu şəkildə idarə olunması, zombiləşdirilməsi sehrbazlıq, maqiya sayılırdı. Elə indi də Qərbin zombiləşdirmə siyasəti,sehrbazlıq və maqiya kimi görünür, çünki təsir altına saldıqlarını alət kimi istədikləri şəkildə istifadə edirlər.