"Bu gün parlamentdə 2025-ci ilin büdcə zərfi 3- cü oxunuşda qəbul olunub. Büdcə zərfinin təhlili onu göstərir ki, həmişə olduğu kimi gələn ilin büdcə zərfidə sosialyönümlü olacaq və əhalinin sosial rifahının yaxşılaşmasına etibarlı maliyyə təminatı yaradacaqdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Musa Quliyev sözlərinə belə davam edib: "Eyni zamanda dövlət büdcəsi ilə yanaşı İşçilikdə Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də təsdiq olunub. Bu büdcələr onu göstərir ki, gələn il əhalinin sosial rifahı daha yaxşı qorunacaqdır.
Dövlət büdcəsinin 41 faizinin sosial yönümlü xərclərə yönəlməsi onu göstərir ki, cənab Prezident İlham Əliyevin dediyi kimi daxili siyasətinin mərkəzində Azərbaycan xalqının sosial rifahı dayanır. Həmçinin gələn il səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə və sosial təminat xərclərində ciddi məbləğdə artım olacaqdır ki, bu da gələn il sosial müdafiə tədbirlərinin daha etibarlı şəkildə həyata keçirilməyə imkan verəcək. Gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 7,7 milyard manat təşkil edəcək, bu cari ildəkindən 10.5 % çoxdur. Buda onun göstəricisidir ki, gələn il həm minimum həmdə ki, sosial sığorta hissəsi artacaq.
Gələn ilə orta aylıq pensiya məbləği 535 manata, yaşa görə 571 manata çatdırılması proqnozlaşdırılır. Gələn il işçilikdən sığorta fondunun məbləği 261 milyon manat təşkil edəcək, bu cari ildəkindən 9.5 % çoxdur və bu büdcənin 45 % - i aktiv sosial müdafiə tədbirlərinin təşkilinə yönələcək. Son illərdə ən uğurlu layihələrdən biri olan özünəməşğulluq proqramı gələn ildə davam edəcək və bura cəlb olunanların ümumi sayı 100 min nəfəri keçəcək. Bu 100 min ailə, yaxud 500 minə yaxın insanın məşğulluğunun təmin olunması deməkdir. Eyni zamanda gələn il DOST Mərkəzlərinin xidmət arealları dahada genişlənəcək.
Bütövlükdə Prezident İlham Əliyevin siyasəti sosial yönümlüdür və vətəndaşın rifahını daim yaxşılaşdırır. Bu siyasəti həm də biz Qarabağ və Şərqi Zəngəzurun bərpasında da görürük. İndiyə qədər 17 milyard manata qədər Böyük Qayıdışa dair birinci dövlət proqramının icrasına vəsait ayrılıb. Gələn il daha 4 milyard manat vəsait ayrılacaq ki, bu da məcburi köçkün bacı-qardaşlarımızın ata-baba yurdlarına dönməsini sürətləndirən çox ciddi maliyyə təminatı olacaqdır. Son 5 ildə cənab Prezident İlham Əliyev tərəfindən 4 dərin sosial islahatlar zərfi qəbul edilmişdir. Bu zərflərin illik dəyəri 7 milyard manatdır və 4 milyondan çox vətəndaşımız bu sosial təminat tədbirlərindən faydalanır".
Ayşən Vəli