Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb

16 Dekabr 2024 15:47 (UTC+04:00)

Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançının qarşılanma mərasimi baş tutub.

Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və atletin yaxınları iştirak ediblər.

Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.