Naxçıvan iqtisadiyyatı 1 % böyüyüb

16 Dekabr 2024 15:07 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 365 milyon 189 min 200 manat olub. Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1 % çoxdur.

Bildirilir ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,4 % artaraq 2 906,5 manat olub.