Prezident Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib ki, dünyada hərbi-siyasi vəziyyət çətin və qeyri-sabit olaraq qalır. SİA bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Qərb Rusiyanı qırmızı xəttə çəkir və Moskvanın cavabından sonra “Rusiya təhlükəsi” ilə öz əhalisini qorxudur.
Dövlət başçısı qeyd edib ki, ABŞ dünya ictimaiyyətinə qaydaları tətbiq etməkdə davam edir və onlar daim özlərinə uyğun formada dəyişirlər. Onlar arzuolunmaz dövlətlərə qarşı hibrid müharibələr aparır, tıxanma siyasəti yeridirlər.
Vladimir Putin vurğulayıb ki, eyni zamanda, Avropadakı Amerika hərbçilərinin sayı 100 min nəfəri keçib. O qeyd edib ki, NATO ölkələri də hərbi xərcləri artırır və Rusiya sərhədləri yaxınlığında zərbə qüvvələri qrupları yaradır.