Bakı sakinləri 82 min manata yaxın dələduzluq ediblər

16 Dekabr 2024 13:03 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı sakinlərinin 82 min manata yaxın dələduzluq etdiyi məlum olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı sakini olan 48 yaşlı V.Səfərov və 63 yaşlı İ.Musayev 3 nəfərin ümumilikdə 78 min 770 manatını, bir nəfərin isə 3 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinərək saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.