Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi III oxunuşda qəbul edilib. SİA xəbər verir ki, dəyişikliklər yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılması, bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad edilməsini, dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilməsi və digər məsələləri əhatə edir.