DSMF-nin 2025-ci il üçün büdcə layihəsi III oxunuşda qəbul edilib

16 Dekabr 2024 11:35 (UTC+04:00)

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərək III oxunuşda qəbul olunub. SİA xəbər verir ki, Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.