"Gələn il üçün müdafiə və milli təhlükəsizlik xərclərini daha 159 milyon manat artırırıq"

16 Dekabr 2024 11:26 (UTC+04:00)

"Azərbaycanda əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib". SİA xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəltmişik. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır".