Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

16 Dekabr 2024 05:30 (UTC+04:00)

Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib. SİA xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqınlar düşərgəsinə təşkil edilən hücumda “Əl-Cəzirə” televiziyasının operatoru Əhməd Əl-Lavh həlak olub. Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 196-ya yüksəlib.