Ermənini Ermənistana buraxmayıblar...

15 Dekabr 2024 21:54 (UTC+04:00)

Rusiyalı politoloq və tarixçi Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı özünün Telegram kanalında məlumat yayıb.

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün İrəvana uçub. Lakin İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında həmin şəxsə “tarixi vətəninə” səfərə icazə verilmədiyini bildiriblər. Lakin belə bir qadağanın səbəbləri barədə ətraflı məlumat verilmir.

...Qeyd edək ki, 2022-ci ilin oktyabrında Ermənistan hakimiyyəti RT-nin baş redaktoru Marqarita Simonyanın da ölkəyə girişinə qadağa qoyub.

Bundan başqa, Ermənistan parlamenti Dövlət Dumasının MDB işləri üzrə komitəsinin deputatı Konstantin Zatulinə onun ölkəyə gəlişinin arzuolunmaz hesab ediləcəyi barədə məlumat verib.

İrəvanda belə bir qərara Zatulinin Ermənistanla bağlı açıqlamalarından sonra gəldiklərini izah ediblər.

Əli Babayev