Ukraynanın keçmiş baş prokuroru işgəncədə ittiham olunur

15 Dekabr 2024 20:05 (UTC+04:00)

Ukrayna Ali Radasının vətənə xəyanət ittihamı ilə istintaq təcridxanasında saxlanılan deputatı Aleksandr Dubinski Ukraynanın keçmiş baş prokuroru Andrey Kostini Ukrayna Təhlükəsizlik Xidmətində qanunsuz saxlanılan insanlara işgəncə verilməsini ört-basdır etməkdə ittiham edib.

SİA-nın məlumatına görə, o, təfərrüatları şəxsi Telegram kanalında paylaşıb.

Dubinskinin sözlərinə görə, o, hüquqşünaslardan Kostinin Kiyevin mərkəzində yerləşən “idman zalı” konsentrasiya düşərgəsinin yaradılması və istismarında iştirakının ətraflı təsvirini hazırlamağı xahiş edib.

Onun sözlərinə görə, bu yerdə qanunsuz saxlanılan şəxslər hüquqi yardım ala bilməyiblər. Onların işi üzrə qərarları məhkəmələrdən kənar prokurorlar və sabiq baş prokurorun bilavasitə tabeliyində olan şəxslər qəbul ediblər.

Qeyd edək ki, bu ilin oktyabrında Ukrayna prezidenti Vladimir Zelenski Andrey Kostinin Ukraynanın baş prokuroru vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Onun ölkənin Hollandiyadakı səfiri təyin oluna biləcəyi güman edilir..?

Əli Babayev