Dünyanın ən böyük aysberqi A23a düşdüyü burulğandan çıxıb və şimala doğru yol alıb.
SİA xəbər verir ki, BBC-nin məlumatına görə, dünyanın ən böyük aysberqi olan A23a yazda Antarktida yaxınlığında ilişib qaldığı nəhəng burulğandan çıxdıqdan sonra yenidən hərəkətə başlayıb.
Britaniya Antarktika Tədqiqatı Mərkəzi aysberqin şimala doğru meyil aldığını açıqlayıb.
Qeyd edək ki, A23a-nın səthi təxminən 4 min kvadrat kilometr, qalınlığı isə təxminən 400 metrdir. 1986-cı ildə Antarktika sahil zolağından qoparaq Ueddell dənizində quruya oturaraq buz adasına çevrilən bu aysberq 30 ildən sonra – 2023-cü ildə ilk dəfə aktivləşmiş və yazda nəhəng bir burulğana yaxalanmışdı.