BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Dəməşqə gəlib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Nəşr səfərlə bağlı başqa təfərrüatlara yer verməyib.
Dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı region ölkələrini Suriyanın ərazi bütövlüyünü pozan hər hansı hərəkətdən çəkinməyə çağırıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin sözlərinə görə, region dövlətləri və beynəlxalq ictimaiyyət Suriya xalqının öz yolunu seçə bilməsi üçün onlara dəstək olmağa diqqət etməlidir.