Belarusda iri plastik butulkalarda pivə qadağan olunacaq

14 Dekabr 2024 21:46 (UTC+04:00)

...Belarusda iri plastik butulkalarda pivə satışına qoyulan qadağa 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

SİA xəbər verir ki, bu barədə Milli Hüquq Portalında dərc olunan hökumətin qərarında deyilir.

Müəyyən növ malların satışı və ictimai iaşə Qaydalarının əvvəlki redaksiyasında 2 litrdən artıq qablarda tərkibində spirtin miqdarı 7 faizə qədər olan pivənin satışı qadağan edilib.

Bir il sonra 1,5 litrdən çox qablaşdırmada pivə satışına da oxşar qadağa tətbiq olunacaq.

Bununla yanaşı, 2026-cı il yanvarın 1-dək pivə və ya tərkibində 7 faizədək alkoqollu içkilər satmamış hüquqi şəxslər və fərdi sahibkarlar bu məhsulları yararlılıq müddətinə qədər satmaq hüququ əldə edəcəklər.

Əli Babayev