Türkiyə klubu baş məşqçisi ilə vidalaşıb

14 Dekabr 2024 21:10 (UTC+04:00)

Türkiyənin "Sivasspor" komandası baş məşqçisi Bülənt Uyğunla yollarını ayırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, uğursuz nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Sivasspor" Bülənt Uyğunun rəhbərliyi altında bu mövsüm XVI turdan sonra topladığı 18 xalla 12-ci pillədə qərarlaşıb.