Narışkin Əsədin dövlət himayəsindən danışıb

14 Dekabr 2024 20:07 (UTC+04:00)

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət himayəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

SİA-nın məlumatına görə, bu barədə KP.RU yazıb.

Narışkin bildirib ki, o, Yaxın Şərq ölkəsinin eks-prezidentinin Rusiyada olarkən dövlət təhlükəsizliyi ilə təmin olunub-olunmadığını bilmir.

Dekabrın 8-də Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib. Bu, silahlı müxalifət və “Həyat Təhrir əş-Şam” (Rusiyada terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) silahlılarının Dəməşqə daxil olub prezident sarayını zəbt etməsindən sonra baş verib.

Hazırda Əsəd ailəsi ilə birlikdə Moskvadadır.

Əli Babayev