Ukraynadan qaçan fərarilər tərəvəzlərin altında tapılıblar...

14 Dekabr 2024 19:34 (UTC+04:00)

...Ukrayna sərhədçiləri qaçanları tərəvəzlərin arasından tapıblar. Bu barədə ölkənin sərhəd xidmətinin Telegram kanalında məlumat verilib.

SİA xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, səfərbərlik haqqında qanunu pozanlar Macarıstanla sərhəddə kartof və soğan yükündə aşkarlanıb.

...Nəqliyyatı 63 yaşlı Zakarpatiya sakini idarə edib. Sürücü tərəvəzdən başqa heç nə daşımadığını iddia edib, amma... Sürücü və onun “sərnişinləri” saxlanılıb.

Bunu sərhəd xidməti bildirib.

Əli Babayev