Suriyanın paytaxtı Dəməşqdəki hava limanına gedən yolda 100-ə yaxın cəsəd tapılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Baas rejiminin devrilməsindən sonra ölkədə axtarış və kəşfiyyat işləri davam edir. Dəməşq hava limanına gedən yolda təxminən 100 nəfərin qalıqları aşkarlanıb. Qalıqların bəziləri cəsəd torbalarında, bəziləri isə sadəcə yolda tapılıb. Qalıqlar tapıldıqdan sonra axtarış-kəşfiyyat işlərinə başlanılıb.
Noyabrın 27-də Suriyadakı rejim qüvvələri ilə müxalif silahlı qruplar arasında toqquşmalar şiddətlənib. Dekabrın 7-də isə silahlı qruplar paytaxt Dəməşqə doğru irəliləyərək şəhəri və bir çox bölgəni nəzarət altına alıblar.
Qeyd edək ki, Baas Partiyasının 61 illik hakimiyyəti sona çatıb və rejim lideri Bəşər Əsəd paytaxtdan qaçıb.