Şirvanda yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib. SİA xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb. Həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.