Dekabrın 15-də hava əsasən yağmursuz olacaq

14 Dekabr 2024 13:34 (UTC+04:00)

Azərbaycanda dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. SİA xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi əvəzlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 775 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.