Çilidə 6,2 bal gücündə zəlzələ olub

14 Dekabr 2024 08:11 (UTC+04:00)

Çilinin mərkəzində 6,2 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanların episentri Kuriko şəhərindən 75 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 100 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.