UAF FİFA və UEFA-ya şikayət edib

14 Dekabr 2024 04:11 (UTC+04:00)

Ukrayna Futbol Federasiyası (UAF) FİFA və UEFA-ya şikayət edib. SİA xəbər verir ki, DÇ-2026-nın Avropa seçmə mərhələsinin püşkatma mərasiminin yayımı zamanı Krım yarımadasının ölkə ərazisinə daxil olmadığı xəritə göstərilib.

“Ukrayna Futbol Assosiasiyası FİFA-nın baş katibi Matias Qrafström və UEFA-nın baş katibi Teodor Teodoridisə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin püşkatma mərasiminin yayımı zamanı Ukraynanın xəritəsinin təsvirində yol verilən kobud səhvlə bağlı məktub göndərib”, – UAF-ın açıqlamasında bildirilir.

FİFA-nın rəsmi saytında püşkatma proseduru ilə bağlı video yayımlanıb. Siyasi səbəblərdən bir-biri ilə görüşə bilməyəcək komandalardan bəhs edilib. Göstərilən xəritədə Krım Ukrayna ərazisi kimi qeyd olunmayıb.

Qeyd edək ki, Krım 2014-cü ildən Rusiyanın işğalı altındadır.