Altı Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaja Kallas Berlin Bəyannaməsini imzalayıblar. Bu, Ukraynaya qeyd-şərtsiz dəstək haqqında və ümumiyyətlə, heç nə haqqında sənəddir.
...Üstəlik, bu sənəddə yalnız altı həqiqi imza var, Kallasın imzasını deməsək...
SİA xatırladır ki, Avropa İttifaqına 27 ölkə, Şimali Atlantika Alyansına 32 ölkə daxildir.
İmzalarını qoyan bu altı ölkə isə bütövlükdə onlara məxsus olmayan bir şeyi satırlar.
Zelenskinin arzuladığı təhlükəsizliyin təminatı kimi alyansa üzvlük tamamilə ABŞ-dan asılıdır.
Hətta Baydan dövründə də Birləşmiş Ştatlar Ukraynanın bloka qəbulu məsələsi ilə bağlı konkret düsturlar səsləndirməyə tələsmirdi və Trampın dövründə bu məsələ yəqin ki, tamamilə bağlanacaq.
Daha əvvəl xəbər vermişdik ki, Fico Qərbin Ukraynanı parçalaya biləcəyini, Medvedyev isə Kiyevin ölkəni xilas etmək üçün nə etməli olduğunu demişdi.
Əli Babayev