ABŞ-da bir kişi eyni anda iki uduşlu lotereya bileti alıb

13 Dekabr 2024 20:17 (UTC+04:00)

Amerikada yanacaqdoldurma məntəqəsindən lotereya bileti alan şəxs 197,5 milyon dollar udub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fəramərz Lahicani ötən ilin dekabrında multimilyonçu olub.

Eyni zamanda, bir az sonra eyni yanacaqdoldurma məntəqəsində oxşar uduşlu biletin satıldığı barədə məlumat ortaya çıxdı.

Lahicani ikinci bileti də aldığını, lakin təsadüfən itirildiyini bildirib. O, lotereyaya qarşı iddia qaldırıb və hesab edir ki, ikinci uduş da ona çatmalıdır.

Lotereya təşkilatçıları bildiriblər ki, bir nəfərin eyni vaxtda iki uduşlu bilet ala bilmə şansı minimal olsa da, hələ də mövcuddur.

Qeyd edək ki, Fəramərz Lahicaninin özü media ilə əlaqə saxlamaqdan və vəziyyəti şərh etməkdən qəti şəkildə imtina edir.

Nazlı Almuradova