Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri xüsusi əməliyyatın bütün istiqamətlərində 12 mindən çox hərbçi itirib
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 87 Ukrayna hərbçisi Rusiya qoşunlarına təslim olub.
Xəbərdə deyilir ki, bir həftə ərzində 87 ukraynalı hərbçi döyüş təmas xəttində təslim olub.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat vermişdi ki, Kursk vilayətində bütün döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 40 min nəfəri keçib.
Bir gündə Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində 200-dən çox əsgər və bir tank itirib.
"Dnepr" qoşunlar qrupunun yüksək rütbəli PUA ekipajı Bely çağırış işarəsi ilə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Zaporojye vilayətinin Orexovski istiqamətində Rabotino kəndi yaxınlığındakı mövqelərdə həlak olan həmkarlarının cəsədlərini tərk ediblər. O, düşmənin neçə əsgər itirdiyini dəqiqləşdirməyib, lakin “çox” ölən olduğunu qeyd edib.
Əli Babayev