65 startap özünü minimal işlək məhsul səviyyəsinə çatdırıb

13 Dekabr 2024 17:07 (UTC+04:00)

Bu il Azərbaycanda 65 startap öz statusunu minimal işlək məhsul səviyyəsinə çatdırıb. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun builki fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib.

"Bu il bazar əlçatanlığının artırılması üçün 9 "Demo day" keçirilib. Bu tədbirlərdə 100-dən çox startap iştirak edib və onları 300-dən çox şəxs təmsil edib", - deyə o qeyd edib.