3 min 662 nəfərin namizədliyi irəli sürülüb

13 Dekabr 2024 16:38 (UTC+04:00)

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 3 min 662 nəfərin namizədliyi irəli sürülüb. SİA xəbər verir ki, bu barədə statistikanı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun dekabrın 13-də keçirilən iclasında açıqlayıb.

MSK sədrinin sözlərinə görə, bu günə olan rəqəmlərə əsasən, bələdiyyə seçkilərində 3 min 662 nəfərin namizədliyi irəli sürülüb.

O bildirib ki, artıq 1397 nəfərə imza vərəqləri verilib.