Beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

13 Dekabr 2024 16:26 (UTC+04:00)

Azərbaycanda 2025-cü il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində daha beş partiyanın səlahiyyətli nümayəndələri təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 13-də keçirilən iclasında qərar qəbul olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatı əsasında Ədalət, Hüquq, Demokratiya (ƏHD), Milli Cəbhə (AMCP), Milli Dirçəliş Hərəkatı (MDHP), Ana Vətən (AVP) və Böyük Azərbaycan (BAP) partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.