Azərbaycanla İndoneziya arasında pasportların sahibləri vizadan azad edilib

13 Dekabr 2024 16:19 (UTC+04:00)

Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”i təsdiqləyib.

Qeyd edək ki, saziş bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.