Azərbaycan klubu yeni basketbolçu transfer edib

13 Dekabr 2024 15:10 (UTC+04:00)

“Sərhədçi” basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib. Bu barədə SİA-ya Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komanda ABŞ-dən olan basketbolçu Kris Martinlə anlaşıb.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.