Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi

13 Dekabr 2024 14:29 (UTC+04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi müəyyənləşib. SİA xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivin mövqeyində dəyişiklik olmayıb.

Yığma 1312,6 xalla 75-ci pillədə qərarlaşıb.