Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb

13 Dekabr 2024 09:45 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,03% azalaraq 2 708,6 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,63% azalaraq 31,42 ABŞ dollarına bərabər olub.