Selin və Gökhanın xaricə çıxışı yasaqlandı

13 Dekabr 2024 08:07 (UTC+04:00)

Türkiyəli sosial media fenomeni Selin Ciğerci və onun futbolçu keçmiş əri Gökhan Çıraya xaricə çıxmaq yasaqlanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük haqda çirkli pulların yuyulması ilə bağlı istintaq araşdırması başlayıb.

İstintaq prosesində təkcə Selin Ciğerci və Gökhan Çıra deyil, onların ailə üzvləri də daxil olmaqla daha 9 şübhəli araşdırılır.