İsrail İranın nüvə obyektlərini vuracaq

13 Dekabr 2024 01:13 (UTC+04:00)

İsrail hakimiyyəti İranın nüvə obyektlərinə mümkün hücumlar üçün hazırlıqlara başlayıb. SİA xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb. Hücumlar ehtimalı İsrail ordusunun Suriyada uğurlu əməliyyatlarından sonra yaranıb və hərbçilər hazırda Tehrana qarşı hərəkət variantlarını müzakirə edirlər. Hərbçilərin məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sisteminin 80%-dən çoxu məhv edilib. İsrailin baş naziri Benyamin Netanyahu isə deyib ki, İran “çoxlarının gözlədiyindən tez azad olacaq”.